Mənəvi cəhətdən Peyğəmbərimizə (SAV) yaxın olanlar kimlərdir?
Peyğəmbərimizə (SAV) yaxın olanlar müttəqilərdir.
Muaz bin Cəbəl (ra) rəvayət edir:
“Rəsulu-Əkrəm (SAV) məni Yəmənə vali təyin edəndə yola salmaq üçün Mədinənin kənarına qədər təşrif buyurdu. Mən minikdə idim, O isə piyada idi. Mənə bəzi məsləhətlər verdikdən sonra dedi:
“Ey Muaz! Bəlkə bu ildən sonra məni bir də görməyəcəksən! Güman edirəm ki, bu məscidimdə qəbrimi ziyarət edəcəksən!”
Bu sözləri eşidəndən sonra dostdan, Allahın Rəsulundan ayrılacaq olmanın üzüntüsü ilə ağlamağa başladım. Rəsulullah:
“Ağlama ey Muaz!” – buyurdu və üzünü Mədinə tərəfə çevirərək,
“İnsanlar arasında mənə ən yaxın olanlar, kim və harada olur-olsun Allaha qarşı təqva sahibi olan müttəqilərdir!” – buyurdu. (Əhmed, V, 235; Həysəmî, Məcmau’z-Zəvâid, Beyrut 1988, IX, 22)
Peyğəmbərimiz (SAV) başqa bir hədisdə də buyurur:
“Mənim dostlarım sözsüz ki, müttəqilərdir!” (Əbû Dâvûd, Fitən, 1/4242)
Təqvada kamal mərtəbəsinə çatan qəlb, artıq nəzərgahı-ilahi olmaqşərəfinə nail olur, ilahi hikmət sirrlərin təcəlli məkanı olur.