Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi Antonio Quterreş ramazan münasibəti ilə dünya müsəlmanlarını təbrik edib. İslamveirfan.com xəbər verir ki, bu barədə BMT rəsmisinin bəyanatı yayılıb.
“Ramazan ayı başlayarkən dünyanın dörd bir tərəfində yaşayan milyonlarla müsəlmana ən səmimi arzularımı çatdırıram. Əlbəttə bu çox fərqli bir ramazan olacaq. Bir çox kütləvi fəaliyyət kovid-19 pandemiyasına görə qəbul edilən tədbirlər qərarına görə təxirə salınacaq…” – deyə bəyanatda bildirib.
Bir çox ölkənin müharibənin kölgəsində ramazana daxil olduğunu vurğulayan baş katib, Qurandakı sülh ayələrindən nümunələr göstərərək qlobal atəşkəs üçün müraciət edib. Antonio Quterreş bildirib ki, bəşəriyyətin ortaq düşməni olan virusa qarşı birlikdə mübarizə aparmaq lazımdır.