HƏQİQİ ORUC NECƏ TUTULUR?

0

Həzrəti Mövlana orucu təmsili olaraq belə danışdırır:

“Allahım! Bu mömin qulun Sənin əmrinə itaət etmək üçün halal loxmanı da yemədi, susadığı halda su da içmədi. Bu mömin necə ola bilər ki, harama əlini uzafda?!”

Ramazı-Şərifin əsas əlaməti olan oruc, müəyyən müddətdə də olsa bəzi hallaları yasaqlayaraq haramlardan necə uzaq qala biləcəyimizi göstərən zəruri bir təlqindir. Oruc bu yönü ilə, həyatın hər mərhələsində günahlardan uzaq qala biləcək sağlam bir iradənin ifadəsidir. Digər ibadətlər kimi nəfsi haramlardan, həyasızlıqdan və pisliklərdən uzaqlaşdıran, istisnai bir mənəvi tərbiyədir. Nəfsin hücumlarına müqavimət göstərəcək dərəcədə qüvvətli olması üçün ruha verilən bir vitamin kimidir.  

Ədəbinə riayət edilərək tutulan bir oruc, mömin üçün necə axirətdə cəhənnəmə qarşı bir qalxan olacaqsa, dünya həyatında da kökü cəhənnəmdə olan haramlara qarşı güclü bir qorunma vasitəsidir. Xüsusilə də qiybət, dedi-qodu, israf kimi haramlardan diqqətlə qorunmaq həssasiyyəti qazandıran könül tərbiyəsidir.

Oruclu vaxt ağzımıza bir şey girməməsinə diqqət etdiyimiz kmi ağzımızdan yanlış bir söz şəxmamasına da diqqət etməliyik. Əks təqdirdə orucun feyz və ruhaniyyəti azalar.

Peyğəmbərimizin (SAV) dövründə baş verən bir hadisə bu həqiqətin açıq nümunəsidir. Hz. Peyğəmbərin (SAV) azadlı köləsi Übeyd (ra) belə rəvayət edir:

İki qadın oruc tuturdu. Günortaya yaxın bir nəfər gələrək, “Ya Rasulullah (SAV)! Orada iki qadın oruc tutub. Az qala susuzluqdan öləcəklər. (İcazə ver oruclarını pozsunlar.)” – dedi.

Peyğəmbər (SAV) üzünü çevirdi və ona cavab vermədi. Gələn şəxs sözünü təkrar etdi:

“Ey Allahın Rəsulu (SAV)! Vallah ölmək üzrədirlər.”

Peğəmbərimiz (SAV), “onları buraya çağırın.” – dedi.

Qadınlar gəldilər. peyğəmbərimiz (SAV) bir qab istədi. Qadınlardan birinə uzadaraq, “Mədəndə olanları qaytar.” – dedi.

“Qadın qabın yarısını dolduracaq qədər  qan, irin və ət qusdu. Digər qadına da eyni sözü dedi, o da qabı dolduracaq qədər qan, irin və ət qusdu.

Bundan sonra Rəsulullah buyurdu:

“onlar Allahın halal buyurduğu şeylərdən nəfslərini saxlayaraq oruc tutdular, haram buyurduğu şeylərlə də oruclarını pozdular. Biri digərinin yanında oturdu və birlikdə insanların ətini yeməyə (Qeybət qırmağa) başladılar.” (Əhməd, V, 431; Heysəmî, III, 171)

Necə ki, Quranda buyurulur:

“…bir-birinizin qeybətini qırmayın! Sizdən biriniz ölmüş qardaşının ətini yeməyə razı olarmı?! Bu sizdə ikrah hissi oyadar…” – buyurularaq bu günahın Allah qatında nə qədər ağır vəbal olduğu ifadə edilməkdədir.

Deməli həqiqi mənada oruc tutmaq üçün, Allahın xoşlamadığı bütün vəsflərdən uzaq dayanaraq onu mühafizə etməliyik. Bu barədə Hz. Əli (ra) buyurur:

“Gördüyünüz yaxşı işlərin qəbul edilməsinə və mühafizəsinə, o əməlləri yerinə yetirməkdən daha çox əhəmiyyət verin.”

Yəni bir saleh əməli işləmək qədər, onu zay etmədən nəticələndirə bilmək də son dərəcə əhəmiyyətlidir. Arif insanların belə həssaslığı barədə bu misalı rəvayət edirlər:

Abdullah Dəhləvi həzrətlərinin oruclu olduğu bir gündə yanında sultanı pisləyirlər. Həzrət:

–       “Vay-vay! Orucum pozuldu!” – deyir. Tələbəsi:

–       “Siz qeybət etmədiniz ki.” – deyir. Abdullah Dəhləvi:

–       “Bəli biz qeybət etmədik, amma dinlədik. Qeybəti edən də, dinləyən də eynidir.” – deyir.[1]  

Allah-Taala qeybəti yasaq etdiyi kimi onu dinləməyi də yasaqlamışdır. Çünki qeybətə göz yumub onu dinləmək də bu günahda iştirak etməkdir.

Yeri gəlmişkən qeyd edək ki, qeybət çox ağır bir qul haqqıdır. Qul haqqı isə Allahın məğfirətindən kənarda qalan bir haqqdır. Yəni, bir din qardaşı barədə onun xoşuna gəlməyəcək şəkildə danışan, gedib ondan halallıq istəməlidir. Üstəlik bunu istəyəndə bütün səmimiyyəti ilə, “Mən sənin haqqında bu sözləri demişəm. Yanımda da filankəslər var idi…” deyərək hər şeyi olduğu kimi etiraf etməlidir. Hətta etdiyi qeybət bir fitnəyə səbəb olubsa buna görə də çoxlu istiğfar edib sədəqə verməli, Allah-Taaladan göz yaşları ilə bağışlanma istəməlidir.   

Deməli qeybət düzəldilməsi çox çətin olan, ən ağır qul haqqalarından biridir. Yəni o günahı işləyib sonra düzəltməklə məşğul olmaqdansa, vaxtında dilinə sahib olub bu günaha girməmək doğru yoldur.  

Xülasə, oruc tutan başda qeybət olmaqla Allahın razı qalmayacağı hər cür hərəkətdən əlini, dilini, gözünü, qulağını və bütün üzvlərini qorumalıdır. Yəni bütün bədəni ilə oruc tutmalıdır. Əks təqdirdə Nəbəvi xəbərdarlığa məruz qalan şəxslərdən olarıq.  

“Neçə oruc tutan insan var ki, bu orucdan ona quru bir aclıqdan başqa heç nə qalmaz!” (İbni Mâcə, Siyâm, 21)

“Kim yalan danışmağı və yalançılıqla iş görməyi tərk eləməsə, Allahın o şəxsin yeməyi və içməyi tərk etməsinə ehtiyacı yoxdur,”  (Buxârî, Savm, 8)

Abdullah ibni Ömər (ra) belə buyurmuşdur:

“Namaz qılmaqdan arıqlayıb yay kimi, oruc tutmaqdan əriyib mıx kimi olsanız da, haram və şübhəlilərdən qaçmadıqca Allah o ibadətləri qəbul eləməz.”

 [1] Abdülganî bin Əbî Saîd, Hüvəlganî Risâləsi, s. 152.

Mənbə: Osman Nuri TOPBAŞ, “Hz. Mevlana”

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
ÜST RƏHBƏRİ MÜSƏLMANLARI TƏBRİK EDİB

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) direktoru Tedros Adhanom Gebreyesus müqəddəs ramazan ayının başlaması münasibəti ilə müsəlmanları təbrik edib. İslamveirfan.com xəbər verir...

Bağla