MÜQƏDDƏS RAMAZAN AYI BAŞLADI

0

Bu gün, aprelin 25-i müqəddəs Ramazan ayının ilk günüdür. İslamveirfan.com xəbər verir ki, bu il ölkə ərazisinin üfüqündə Ay hilalının görünməsinə uyğun olaraq Ramazan ayının 1-i miladi təqvimlə aprelin 25-nə təsadüf edib.

Ramazan ayının builki təqviminə görə Əhya gecələri (Qədr gecəsi) 12 may, 14 may, 16 may və 20 may tarixlərinə təsadüf edir. Ramazan bayramı Şəvval ayının 1-i – Ayın üfüqi ərazimizdə görünməsindən asılı olaraq may ayının 24-nə təsadüf edəcək. Həmin gün Fitr (Ramazan) bayramıdır. Niyyət gecəsi aprelin 24-dən 25-nə keçən gecəyə düşür.

Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, aprelin 25-də Bakıda imsak saat 04:10, iftar isə saat 19:44-dədir.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
İLK TƏRAVİH KƏBƏDƏ BELƏ QILINDI (VİDEO)

Səudiyyə Ərəbistanında yerləşən Məscidi-Haramda kovid-19 pandemiyasına qarşı bütün tədbirlər görülərək ramazan ayının ilk təravih namazı qılınıb. İslamveirfan.com xəbər verir ki,...

Bağla