Müqəddəs ramazan ayı başlayıb və oruc tutulan ölkələr vaxt baxımından müxtəliflik göstərir. İslamveirfan.com, kovid-19 pandemiyasının kölgəsində tutulan orucların ölkələrə görə vaxt fərqiniını oxucularına təqdim edir.
Azərbaycanda imsaqdan iftara qədər təxmini oruc tutma müddəti 15.30 saatdır. Bu vaxt ramazan ayının sonuna qədər hər gün təxminən 1 dəqiqə qədər uzanacaq.
Yay mövsümünə təsadüf edən ramazan aylarında, bəyaz gecələrin yaşandığı şimal qütbünə yaxın ölkələrdə oruc tutmaq müddəti 22 saata çatsa da, hazırda bu vaxtda azalma mşahidə edilir.
Ölkələrə görə oruc tutmaq müddəti:
Zirvədə İslandiyanın paytaxtı Reykyavik şəhəri var. Burada yaşayan müsəlmanlar təxminən 19 saat oruc tutacaqlar.
Norveçin paytaxtı Oslo – təxminən 18,5 saat.
Almaniyanın paytaxtı Berlin – təxminən 18 saat.
İngiltərənin paytaxtı London – təxminən 18 saat.
Fransanın paytaxtı Paris – təxminən 17 saat.
ABŞ Nyu-York şəhəri – təxminən 16 saat.
Türkiyənin İstanbul şəhəri – təxminən 15,3 saat.
Pakistanın Lahor şəhəri – təxminən 15 saat.
Rusiyanın Kazan şəhəri – təxminən 15 saat.
Fasın Kazablanka şəhəri – təxminən 15 saat.
Hindistanın paytaxtı Yeni Dehli – təxminən 15 saat.
S. Ərəbistanın Məkkə şəhəri – təxminən 14,5 saat.
Banqladeşin paytaxtı Dəkkə – təxminən 14,5 saat.
Cənubi Afrika Respublikası – təxminən 13 saat.
Malaziyanın paytaxtı Kuala Lumpur -13,5 saat.
Yeni Zellandiya – təxminən 11,5 saat.
Mənbə: Haberler