Müsəlmanların ilk qibləsi Məscidi-Əqsada məhdud sayda insanın iştirakı ilə təravih namazı qılınsa da, kovid-19 pandemiyası səbəbindən çox sayda mömin məscidə girə bilməyib. İslamveirfan.com xəbər verir ki, məsciddə imamın və müəzzinin namazı səsgücləndirici ilə qılmasını fürsət bilən insanlar məscidin qapısında və küçələrdə namazlarını onlarla birlikdə qılıblar.
Qeyd edək ki, kovid-19 pandemiyası səbəbindən bir çox ölkədə olduğu kimi, Qüdsdəki Məscidi-Əqsada da kütləvi ibadətlər məhdudlaşdırılıb.