KARANTİN GÜNLƏRİNDƏ NƏ EDƏK?

0

Bu virusla evimizi məktəb halına gətirə bilmək:

Bir Allah dostu buyurur ki, evdə ürəyi sıxılanlar olur. Sən şükür etmək üçün bir xəstəxanaları dolaş. Orada izdırab çəkən çox xəstə görəcəksən. Bu gün onlardan biri sən də ola bilərdin.

Çıx qəbristanlıqları dolaş. Orada səndən kiçik çox insanlar görə bilərsən. Onlardan biri sən ola bilərdin.

Üçüncü olaraq da zindanları, həbsxanaları dolaş. Oralarda da bir anlıq hiddətinə məğlub olub öz həyatını məhv edən insanları görəcəksən. Sən də onlardan biri ola bilərdin.

Sənin hər zaman həyatdakı mənfiliklərin içində olma ehtimalın var. Bu səbəblə də onların hallarını fikirləşərək davamlı bir şükür içində ol.

Karantin rejimi ilə əlaqədar evdə oturmağa məcbur olan qardaşlarımız vaxtlarını ən yaxşı şəkildə dəyərləndirməlidirlər. övladlarını televizorun, internetin şərrindən mühafizə etməlidir. Övladları ilə söhbət etməli, onların islami biliklərinin çoxalmasına səy göstərməlidir.

Həmişəkindən daha çox Quran tilavəti ilə məşğul olmalıdır. İbadət üçün meydana gələn fürsəti qənimət bilməlidir. Bu müddət sanki bir etiqaf kimi dəyərləndirilməlidir.

Allah buyurur:  Haraya getsəniz Allah sizinlə bərabərdir!

 

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
ORUC BARƏDƏ QURAN AYƏLƏRİ

Ey iman gətirənlər! Oruc tutmaq sizdən əvvəlki ümmətlərə vacib edildiyi kimi, sizə də vacib edildi ki, (bunun vasitəsilə) siz pis...

Bağla