UNUDARAQ YEYİB-İÇMƏK ORUCU POZARMI?

0

Unudaraq yeyib-içmək orucu pozmur. Hz. Peyğəmbər (SAV), “Bir insan oruclu olduğunu unudaraq yeyib-içsə, orucunu pozmasın, tamamlasın. Çünki onu Allah-Taala yedirib içirmişdir.” (Buxari, Savm, 26) buyurmuşdur.

Unudaraq yeyib-içən bir kimsənin oruclu olduğu yadına düşərsə tez ağzındakıları çıxarıb ağzını yumalı və orucuna davam etməlidir. Oruclu olduğu yadına düşdükdən sonra mədəyə bir şey girərsə oruc pozular. (Mərğinani, əl-Hidayə, II, 253-254)

Mənbə: islamveihsan.com

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
BÜTÜN DİN VƏ MƏZHƏBLƏRİN ÜZVLƏRİ AZƏRBAYCANDA AZAD ŞƏRAİTDƏ YAŞAYIR

ABŞ-ın Beynəlxalq Dini Azadlıqlar üzrə Komissiyasının (USCİRF) növbəti illik hesabatında Azərbaycanla bağlı məlumat dərc olunub. Məlumata görə, sənəddə dini azadlıqların...

Bağla