İFTAR BARƏDƏ HƏDİSLƏR

0

Oruc müddəti başa çatdıqdan sonra yemək yeyilməsinə iftar deyilir. İftar vaxtı isə, oruca aid yasaqların bitdiyi vaxt mənasındadır və günəşin batmaq vaxtıdır. Bu, eyni zamanda axşam namazının da vaxtıdır.

İFTAR AÇMAQDA TƏLƏSMƏNİN FƏZİLƏTİ

İftar açanda tələsmək lazımdır. Necə ki, Əbu Hüreyrə (ra) Rasulullahın (SAV)belə buyurduğunu rəvayət edir:

“Allah-Taala belə buyurur: Qullarım arasında mənə ən sevimli olanlar, orucnu açanda tələsənlərdir.” (Tirmizî, Savm 13)

ORUCLUYA İFTAR VERMƏNİN SAVABI

Ramazanda bir oruclunu iftar etdirmənin savabı böyükdür. İftar vermək xüsusunda Zeyd ibni Xalid əl-Cuhani (ra), Rasulullahın (SAV) belə buyurduğunu rəvayət edir:

“Kim bir oruclunu iftar etdirsə, onun qədər savab qazanar. Orucu tutan şəxsin savabından heç nə əskilməz.” (Tirmizî, Savm 82)

Başqa bir Hədisi-Şərifdə isə belə buyurulur:

“Kim bu ayda bir orucluya iftar verərsə, bu onun günahlarının bağışlanmasına, cəhənnəm əzabından xilas olmasına və öz mükafatından heç nə əskilmədən oruc tutma savabına savabına nail olmasına vəsilə olur.” Bunu eşidən səhabələr dedilər:

“Ya Rasulullha! Hamımızın bir oruclunu doyduracaq qədər ərzaqı yoxdur.” – dedilər. rasulullah belə buyurdu:  

“Kim bir oruclunu bir xurma və ya bir qurtum su və ya dadımlıq süd ilə iftar etdirsə, Allah ona bu savabı verər.” (Əli əl-Müttəqi, VIII, 477/23714)

ORUCLUNUN SEVİNƏCƏYİ İKİ AN

Əbu Hüreyrənin (ra) rəvayətinə görə Rasulullah (SAV) belə buyurur:

“Allah-Taala, İnsanın orucun xaricindəki bütün əməlləri özü üçündür. Oruc isə mənim üçündür, onun mükafatını mən verəcəyəm – buyurur.

Oruc qalxandır. Biriniz oruc tutduğu gün pis söz söyləməsin və dalaşmasın. Əgər bir nəfər onu təhqir edərsə və ya sataşarsa, “Mən orucluyam!” – desin.

Muhammədin (SAV) canını qüdrət əlində saxlayan Allaha and olsun ki, oruclunun ağzının iyi, Allah qatında müşkdən daha dəyərlidir. Oruclunun sevinəcəyi iki an vardır: Bir iftar edəndə sevinir, bir də Rəbbinə qovuşduğu an mükafatını alanda sevinir.” (Buxari, Savm, 9; Müslim, Sıyâm, 163)

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
RAMAZANLA DİRİLİŞ – 2

Tamaşaçılar tərəfindən rəğbətlə qarşılanan "Ramazanla Diriliş" proqramının növbəti buraxılışı bu axşam iftar öncəsində efirdə olacaq.  Bu proqramda sizləri;    1....

Bağla