ALMANİYADA MƏSCİDLƏRİN AÇILACAĞI TARİX AÇIQLANDI

0

Almaniyada may ayının 9-dan etibarən məscidlər açılacaq və camaat namazlarının qılınmasına başlanacaq. Bu barədə “Almaniya Müsəlamları Kordinasiya Şurası” açıqlama yayıb. artıq bu məqsədlə məscidlərin təmizləndiyi və dezinfeksiya edildiyi bildirilir.

Açıqlamada bildirilir ki, məscidlər müəyyən şərtlər daxilində açılacaq və bu qaydalara riayət edilməsi məcburi olacaq. Həmçinin, məscidlərdə hələlik cümə və təravih namazlarının qılınmayacağı da qeyd edilib.

Mayın 9-da açılması planlaşdırılan məscidlərdə ilkin olaraq sübh, zöhr və əsr namazları qılınacaq, Qurani-Kərimi xətm proqramı isə gündüz saat 12.30-da olacaq.

Qeyd edək ki, “Almaniya Müsəlamları Kordinasiya Şurası”na (KRM) “Diyanət İşləri Türk İslam Birliyi” (DİTİB), “İslam Mədəniyyət Mərkəzləri Şurası” (VIKZ), “Almaniya Müsəlmanları Mərkəzi Şurası” (ZMD), “İslam İcması Milli Görüş Təşkilatı” IGMG) kimi dini təşkilatlar daxildir.

Mənbə: iha

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
DİN XADİMİNDƏN KREATİV ADDIM: QONUŞLARINA TƏRAVİH NAMAZI QILDIRIR

Kovid-19 pandemiyasına qarşı tədbirlər çərçivəsində məscidlərin qapadılmasından sonra Türkiyədə bir din xadimi qeyri-adi üsulla qonşuları ilə birlikdə təravih namazı qılmağa...

Bağla