MEHMET GÖRMEZ: BARMAQLAR DA ORUC TUTMALIDIR

0

“Vizuallaşan dünyada yeni bir oruc növünə ehtiyac var: barmaqlarımıza oruc tutdurmaq”. İslamveirfan.com xəbər verir ki, bu sözləri Türkiyənin sabiq Diyanət işləri başqanı Mehmet Görmez deyib.

Görmez yerli mətbuata verdiyi müsahibədə bildirib ki, ekranlara məhkum olmaq bəşəriyyətin idrak dünyasını öldürür:

“…Vizuallaşan dünyada yeni bir oruc növünə ehtiyac var: barmaqlarımıza oruc tutdurmaq. Çünki köhnə kitablar dilə oruc tutdurmaqdan bəhs edir. Amma biz indi xor görməyi, sataşmağı, hətta bəzən təhqiri və söyüşü yazılarla ifadə etməyə başladıq.  

Texnologiyanın inkişafı ilə vizual ekran dünyası quruldu. Qurub-yaratmaq öhdəliyi olan insan, düşünən canlı olan insan bu ekranların qarşısında passiv bir tamaşaçıya çevrilmişdir. Bunun nəticəsində biz itiririk. Qazandırdıqları da var, amma itirdiklərimiz üzərində düşünməliyik. Ekranın qarşısına məhkum olmaq bəşəriyyətin idrak səviyyəsini dəyişdirir…”  

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
TRABZON AYASOFİYA MƏSCİDİ İYUNDA AÇILACAQ

Türkiyənin Trabzon şəhərində yerləşən və Bizans dövründən qalan tarixi “Ayasofiya” məscidində aparılan təmir-bərpa işləri iyunun sonunda başa çatacaq. İslamveirfan.com xəbər...

Bağla