“Ramazanla Diriliş – 3” proqramının “Qəlbini Təmizlə, Mərhəmətli Ol!” sərlövhəli yeni buraxılışı bu axşam iftarı gözləyən möminlərə və digər “Dəyər TV” tamaşaçılarına təqdim olunacaq. İslamveirfan.com xəbər verir ki, bu həftə də proqramın xüsusi qonaqları tamaşaçılara gözəl və məhsuldar ramazan iqlimi yaşadacaqlar.
Verilişdə, Eldar Kərimovun təqdimatında proqramın açılışı və maraqlı hekayə, Nurlan Məmmədzadənin təqdimatında “Ramazan Ayında İnfaq, Sədəqə və Zəkat” adlı söhbət, Araz Abdullayevin Quran tilavəti və İftar duası olacaq.
RAMAZANLA DİRİLİŞ – 3 proqramı axşam saat 19.15-də “Dəyər TV”-nin efirində olacaq.
Proqramı Dəyər TV-nin YouTube kanalından və Facebook səhifəsindən canlı izləmək mümkün olacaq.