Allah-Taala Qurani-Kərimdə; kibir, zülüm, axirəti inkar, həyasızlıq, ticarət həyatında hiyləgərlik səbəbindən məhv etdiyi bəzi qövmlərdən (ibrət almağımız üçün) xəbər verməkdədir. Qurani-Kərimin bəlkə də üçdə biri keçmişlərin qissələrindən ibarətdir.
Ad qövmü, Səmud qövmü, Şuaybın (əs) qövmü, Kəldani qövmü və s…
Amma onların arasında betərdən də betər olan Lut qövmü var, betərdən də betər. Təəssüf ki, ən biabırçı həyasızlıq olan Lut qövmünün bu hərəkəti homoseksualizm, bu günün dünyasında ateistlər tərəfindən “insan hüquq”u olaraq gündəmə gətirilməyə cəhd edilir.
İnsan fitrətinə zidd olan bu sapıqlıq; fərdin, ailənin, cəmiyyətin mənəvi dünyasını zəhərləyən, axirətini də dəhşətli əzaba çevirən ən təhlükəli viruslardan biridir.
Övladlarımız bizə Allahın əmanətidir. Bu cür hadisələrdə övladlarımıza qarşı daha diqqətli olub onların zamanənin bu və oxşar fitnələrindən qorumalıyıq.