FACEBOOK MÜSƏLMANLARDAN ÜZR İSTƏDİ: BİZİM DƏ GÜNAHIMIZ VAR

0

Sosial şəbəkə saytı facebook, iki il əvvəl Şri-Lankada müsəlmanlara qarşı başladılan kütləvi zorakılıq hadisələrinə göstərdiyi təsiri səbəbilə müsəlmanlardan üzr istəyib. Bu barədə Bloombergə açıqlama verən facebook rəsmiləri, fakla bağlı başladılan təhqiqatın nəticəsində saytda paylaşılan nifrət mövzulu ifadələrin zorakılıq hadisələrinə səbəb ola biləcəyini qəbul edib.

“Sosial şəbəkə saytımızda baş vermiş sui-istifadə hallarına görə təəssüf edirik. Meydana gələn insan hüquqları pozulmasından xəbərdarıq və buna görə üzr istəyirik.” – deyə açıqlamada bildirilir.

Şirkət rəsmiləri; oxşar problemlərin qarşısını almaq üçün yerli dildə nəzarət mexanizmini çoxaltmaq, nifarət ifadələrini avtomatik olaraq qavranaraq yayılmasının qarşısını alan texnoloji tətbiqə keçmək və yerli QHT qrupları ilə əlaqələri artırmaq kimi tədbirlər gördüyünü açıqlayıb.

Xatırladaq ki, Şri-Lankada müsəlmanlara qarşı zorakılıq hadisələri, 2018-ci ilin mart ayında bir facebook istifadəçisinin, müsəlman restoran sahibinin buddistlərin yeməyinə qısırlaşdırıcı dərman qarışdırması barədə saxta videonu paylaşmasından sonra başlamışdı.

Paylaşımda, “Körpələri də ayırmadan bütün müsəlmanları öldürün!” – kimi sözlər yazılaraq sosial şəbəkədə müsəlmanlara qarşı kütləvi qəzəb körüklənmiş, baş verən hadisələrdə onlarla məscid, müsəlmanlara aid iş yerləri və evlər yndırılmış, nəticədə azı 3 nəfər ölmüş, 20 nəfər müxtəlif dərəcəli xəsarətlər almışdı.

Hadisələrin nəzarətdən çıxması ilə Şri-Lanka hökuməti bəzi bölgələrdə fövqəladə vəziyyət elan etmiş və ölkədə facebookun fəaliyyətini dayandırmışdı.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
OSMAN NURİ TOPBAŞ – RƏHMƏT, MƏĞFİRƏT VƏ TƏZKİYƏ İQLİMİ

Ramazani-Şərif ömür təqvimi içərisində insana bəxş edilən müstəsna lütf və rəhmət ayıdır. Haqq-Təalanın ümməti-Muhammədə lütf etdiyi, mənəvi qiymətlərlə dolu ilahi...

Bağla