YUNANISTANIN PAYTAXTI AFİNADA MƏSCİDLƏR AÇILDI

0

Yunanıstanın paytaxtı Afinada 2 aya yaxındır bağlı olan məscidlər yenidən ibadətə açılıb. İslamveirfan.com xəbər verir ki, koronovirusla mübarizə tədbirlərinin mərhələli olaraq yumuşaldıldığı ölkədə, kilsə və məscidlərdə müəyyən şərtlər çərçivəsində kütləvi ibadətlərə izn verilib. Bundan sonra Afinada yerləşən “Yunan-Ərəb Təlim və Mədəniyyət Mərkəzinin məscidi təravih namazının qılınması ilə başlayıb. Məsciddə ibadət vaxtı social məsafə qaydasına və maskadan istifadə edilməsinə diqqət edilib.    

Yunanıstan mülki müdafiə nazirinin müavini Nikolas Hardalias isə,bu il mövcud şəraitə görə müsəlmanlara bayram namazı qılınmaq üçün yer təsis edilməyəcəyini deyib.

Qeyd edək ki, əvvəlki illərdə müsəlmanlar bayram namazlarını Afinada olan iki stadionda qılırdı.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
MÜSƏLMANLARI HƏYƏCANLANDIRAN MƏSCİDİ-ƏQSA QƏRARI

Qlobal pandemiya səbəbindən ibadətə qapalı olan Məscidi-Əqsa ramazan bayramından sonra açılacaq.  İslamveirfan.com-un “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə...

Bağla