Bolqarıstan müsəlmanları ramazan bayramı namazını açıq havada qılacaqlar. Bu barədə Bolqarıstanın baş müftisi Mustafa Alış Hacı ilə ölkənin baş naziri Boyko Borisovun operativ qərargah nümayəndələri ilə birlikdə keçirdiyi iclasda qərar qəbul edilib.
Bu qərara əsasən bayram namazı açıq havada, 1.5 metrlik sosial məsafə qaydasına uyğun olaraq qılınacaq, möminlərin maskadan istifadə etməsi məcburi olacaq. Namazdan əvvəl və sonra ibadət edilən yerlər dezinfeksiya ediləcək.
Baş müfti bu qərara görə hökumətə və operativ qərargahın nümayəndələrinə təşəkkürünü bildirib.
Qeyd edək ki, mayın 13-də karantin rejiminin yumuşaldıldığı Bolqarıstanda mayın 15-də məscidlər cümə namazı ilə açılıb. Amma bayram nazaında izdiham yaşanacağı ehtimalına qarşı bayram namazının açıq havada qılınmasına qərar verilib.