İslam dini Alla rizası üçün infak etməyə böyük əhəmiyyət vermiş və hər fürsətdə bunu təşviq etmişdir. Allah yolunda xərcləyənləri dərəcələrinə işarə edərək, onları müjdələmişdir.
سمعت رسول الله صلى الله عليه وسلم يقول من أنفق زوجين من شيء من الأشياء في سبيل الله دعي من أبواب الجنة يا عبد الله هذا خير لك وللجنة أبواب فمن كان من أهل الصلاة دعي من باب الصلاة ومن كان من أهل الجهاد دعي من باب الجهاد ومن كان من أهل الصدقة دعي من باب الصدقة ومن كان من أهل الصيام دعي من باب الريان قال أبو بكر هل على من يدعى من تلك الأبواب من ضرورة فهل يدعى منها كلها أحد يا رسول الله قال نعم وإني أرجو أن تكون منهم يعني أبا بكر
Peyğəmbər (s.a.s) buyurdu: “Kim Allah yolunda iki cüt iki çeşit sədəqə verərsə cənnət qapılarından “Ey Allahın qulu bu bir xeyirdir” deyə nida olunar. Kim namaz əhlidirsə namaz qapısından, kim cihad əhlidirsə cihad qapısından, kim Oruc əhlidirsə O, Rəyyan qapısından çağrılır. Kim də sədəqə əhlidirsə o sədəqə qapısından çağrılar” buyurdu. Bunu eşidən Əbu Bəkr (r.ə) “Ey Allahın Rəsulu anam atam sənə fəda olsun, bu qapılardan çağrılan kimsənin mütləq biri qapıdan girməsi məcburidirmi? Bir kimsə bu qapıların hamısından çağrıla bilərmi? Deyə sordu. “Təbii, mən sənin onlardan olacağını ümid edirəm” buyurdu. (Buxari Savm, 4. Hədis №922)
وعن أَسماءَ بنتِ أَبي بكرٍ الصديق رضي اللَّه عنهما قالت: قَالَ لي رسولُ اللَّه صَلّى اللهُ عَلَيْهِ وسَلَّم: “لاَ تُوكِي فيُوكَى عليك
Yığıb saxlama, Allah da səndən saxlayar (verməz) (Buxari, Zəkat, 21; Müslim Zəkat, 88; Əbu Davud, Zəkat, 46; Tirmizi, Birr, 40; Nəsai, Zəkat, 62.)
عَنْ أَبِي هُرَيْرَةَ رَضِيَ اللَّهُ عَنْهُ أَنَّ النَّبِيَّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ مَا مِنْ يَوْمٍ يُصْبِحُ الْعِبَادُ فِيهِ إِلَّا مَلَكَانِ يَنْزِلَانِ فَيَقُولُ أَحَدُهُمَا اللَّهُمَّ أَعْطِ مُنْفِقًا خَلَفًا وَيَقُولُ الْآخَرُ اللَّهُمَّ أَعْطِ مُمْسِكًا تَلَفًا
Əbu Hüreyrədən Peyğəmbər (s.a.s) belə buyurmuşdur: “Qulun sabaha çıxdığı hər gün iki mələk enər. Ikisindən biri: “ Allahım, sədəqə edib verən kimsəyə yenisini göndər” deyər. Digər o birisi isə “Allahım verməyəninkini vermədiklərini tələf elə. (Buxari, Zəkat, 27; Müslim Zəkat, 57.)
“Fitr” kəlməsi “orucu açmaq” “orucu başa vurmaq” mənasına gəlir. Fitir sədəqəsi isə insanı ramazan ayına çatdıran, ramazanı yaşadan və bu ayın bərəkətindən faydalandıran Allah-Təalaya şükür niyyəti ilə verilən sədəqədir. Bu kəlmə dilimizdə keçmiş dövürdən bəri fitrə formasında işlədilir. Bu kəlmənin digər bir anlamıda “yaradılış”, “fitrət” deməkdir. Bu mənada fitrə, yəni fitr sədəqəsi Allahın bizləri kainatda ən üstün varlıq (insan) kimi yaratmasının müqabilində edilən təşəkkürün bir təzahürüdür. Dinimiz kasıb və zəngin arasındakı nizam və məhəbbəti təmin etmək üçün fitir zəkatını biz möminlərə ərmağan etmişdir. Fitir sədəqəsi Ramazan bayramına rahat və hüzurla girmək istəyən və əksər kasıbların ehtiyacını qarşılayan bir sədəqə çeşididir. Bu nöqteyi-nəzərdən zəkatdan daha əhatəlidir və kasıbların bayrama hazırlaşma xüsusunda təcili ehtiyaclarını qarşılayan bir ibadətdir. Fitir sədəqəsi kasıb təbəqənin bayramı sevinclə qarşılaması üçün olan böyük bir yardımlaşmadır. Bu səbəblə toplum olaraq birlik və bərabərlik baxımından çox böyük bir təsirə sahibdir. Fitir Sədəqəsini vacib olaraq görməyimizi dəlili Allah Rəsulunun (s.ə.s) bu xüsusda buyurduğu hədislər və yerinə yetirdiyi davranışlardır: Abdullah ibn Ömərdən rəvyət edilir Rəsulullah fitir sədəqəsini 1 sa (ölçək) xurma və 1 sa (ölçək) arpa olmaqla kölə, kişi, qadın, kiçik və böyüklərə fərz etmiş və insanlar (bayram) namazına çıxmadan əvvəl verilməsini əmr etmişdir. “(Buxari, Zəkat, 76; Müslim, Zəkat , 12.)
Belə ki, İbn Abbasın (r. ə) nəql etdiyi bir hədisdə belə buyurulur: “Rəsulullah (s.ə.s) orucluları gərəksiz və çirkin sözlərdən təmizləmək və yoxsullara yemək təmin etmək üçün fitrəni fərz etmişdir. Fitrə sədəqəsini kim namazdan əvvəl ödəsə, bu məqbul bir zəkat, kim də namazdan sonra ödəsə, hər hansı bir sədəqə olar.” (Buxari, Zəkat, 70, 71, 77; Müslim, Zəkat, 12, 13, 16)
Hikməti:
Bu ibadətin hikməti iki yönlüdür. Birinci yönü Oruc tutanla əlaqəli olub, onun yol verdiyi qüsurlara bir kəffarə xarakteri daşıyır. Bu yönüylə sanki Namazdakı səhv səcdəsinə bənzəyir. Belə ki, İbn Abbasın (r. ə) nəql etdiyi bir hədisdə belə buyurulur: “Rəsulullah (s.ə.s) orucluları gərəksiz və çirkin sözlərdən təmizləmək və yoxsullara yemək təmin etmək üçün fitrəni fərz etmişdir. Fitrə sədəqəsini kim namazdan əvvəl ödəsə, bu məqbul bir zəkat, kim də namazdan sonra ödəsə, hər hansı bir sədəqə olar.” (Buxari, Zəkat, 70, 71, 77; Müslim, Zəkat, 12, 13, 16)
Digər yönü isə, kasıbların Ramazan bayramı sevinci yaşamalarına xidmət edir.
Fitrə zəkatı nələrdən verilir:
Əbu Səid əl-Xudri (r.ə) dan rəvayət edilən bir hədisdə fitrə verilə biləcək maddələr və miqdarları belə müəyyən edilir: “Biz Peyğəmbər dövründə fitrəni, yemək maddələrindən 1 sa (ölçək) olaraq verirdik. O zaman bizim yediklərimiz arpa, kişmiş, xurma və keş (yağı alınmış pendir) idi.” (Buxari, Zəkat, 74; Ə. İbn Hənbəl, III, 73, 98.) Bu hədisə əsasən fitrə zəkatını ödəmək üçün əsas alınan maddələr dörddür: Buğda və ya unu , Arpa və ya unu, Xurma, Quru üzüm/Kişmiş. Bu maddələrdən hər hansı birindən müəyyən edilmiş miqdar və yaxud o miqdarın dəyəri verilə bilər:
Buğda – 0.5 sa/1700 qr və ya dəyəri.
Arpa – 1 sa/3400 qr və ya dəyəri.
Xurma – 1 sa/3400 qr və ya dəyəri.
Quru üzüm – 1 sa/3400 qr və ya dəyəri.
Təsbit edilən bu miqdarlar minimumu – ən azı ifadə edir. Sözsüz ki, bu miqdarlardan artıq verilməsi daha gözəldir. Həmçinin ölçü olaraq zikr edilən ərzaq növlərindən ən bahalısını seçmək daha fəzilətlidir. Həm ərzaq həm pul olaraq verilə bilər. Əsasən bu mövzuda fəqirin ehtiyacı göz önündə tutulur.
Hikməti:
Bu ibadətin hikməti iki yönlüdür. Birinci yönü Oruc tutanla əlaqəli olub, onun yol verdiyi qüsurlara bir kəffarə xarakteri daşıyır. Bu yönüylə sanki Namazdakı səhv səcdəsinə bənzəyir.
Digər yönü isə, kasıbların Ramazan bayramı sevinci yaşamalarına xidmət edir.
Fitrə zəkatını ödəmək üçün əsas alınan maddələr dörddür: Buğda və ya unu , Arpa və ya unu, Xurma, Quru üzüm/Kişmiş. Bu maddələrdən hər hansı birindən müəyyən edilmiş miqdar və yaxud o miqdarın dəyəri pulla verilə bilər:
Fitrə nə zaman verilir:
Fitrə bayram günü dan yerinin ağarması ilə mükəlləf olan, yəni imkanı çatan şəxslərə vacib olur. Fitrə, Ramazan Bayramından bir və ya iki gün əvvəl ilə Bayram Namazı arasında ödənilir. Bununla birlikdə fitrə, Ramazanın girməsindən etibarən də ödənilə bilər. Bayram gecəsi günəş doğmadan öncə doğulan uşağın belə fitrəsinin verilməsi vacibdir. Müstəhəb olan budur ki, fitir sədəqəsini sabah namazı ilə bayram namazı arasında verəsən lakin günümüzdə bu hal gerçəkləşmədiyi üçün bayram namazından 10-15 gün öncə verilməsi də caizdir. Fitrəni bayramdan sonra vermək caiz olsa da bu artıq sədəqə hökmündə olacaqdır. Abdullah ibn Ömərdən nəql edilən hədisdə Rasulullah(s.ə.s) fitir sədəqəsini xalq bayram namazına çıxmadan verməsini əmr etmişdir.“(Buxari, Zəkat, 76; Müslim, Zəkat , 12.) Allah Rəsulunu əmri digər tərəfdən səhabələrin əmrə itaəti və fitrənin vacib buyurulmasının səbəb və hikmətləri göstərir ki onu bayramdan sonraya saxlamamaq lazımdır.
Fitrə zəkatını kimlərə vacibdir:
Fitir sədəqəsi nisab miqdarına (82 qr qızıla) sahib olanlara habelə müsəlmanlardan ev, ev əşyası kimi zəruri ehtiyaclara malik olub və günlük ehtiyacından artıq bir mala sahib olan hər kəsə vacibdir. Sahib olunan malın “ Nami Artıcı” xüsusiyyətdə olması və üzərindən bir il keçməsi lazım deyil.
Fitrə zəkatı kimlərə verilir:
Fitrəni zəkat düşən hər kəsə vermək olar. Yəni kasıblara, miskinlərə, zəkatı yığıb paylayanlar, ürəkləri İslama yeni isinişib müsəlmanlığa yeni bağlananlar, kölələr, borclular, Allah yolunda olanlar və yolçular (Tövbə, 9/60) Nisab miqdarəna sahib olan zənginl müsəlmanlara vermək olmaz.
Fitir sədəqəsini paylayarkən bir müsəlman istər uzaq istər yaxında olsun, öncə öz yaxınlarından ehtiac sahiblərini ilk növbədə nəzərə almalıdır. Çünki fitir sədəqəsi zəkat kimi öz yaxın əqrabalarına verilə bilmə hökmündədir. Əgər əqrabalar arasında ehtiyac sahibi adamlar yoxdursa o zaman yaxın qonşulara və digər ətrafdakı möhtaclılara paylanması daha gözəldir. Bir fitir sədəqəsi bir imkansıza verilir. Bir fitir sədəqəsini ikiyə bölərək ayrı-ayrı kəslərə verilə bilməz, bununla bərabər bir fəqirə bir neçə fitir sədəqəsi verilə bilər. Ancaq fitir sədəqəsi verilərkən kasıbların şəxsiyyətinin zədələnməməsinə diqqət göstərmək, Allah Təalanın möminlərə əmrinə riayət etmək lazımdır:
“Ey iman gətirənlər! Sədəqələrinizi, özünü camaata göstərmək məqsədilə xərcləyən, Allaha və Axirət gününə inanmayan şəxs kimi minnət qoymaqla və əziyyət verməklə puç etməyin. Bunun məsəli üzərində torpaq olan hamar qayanın məsəlinə bənzəyir ki, şiddətli yağış yağıb onu çılpaq hala salmışdır. Onlar qazandıqlarından heç bir şeyə nail olmazlar….”. (Bəqərə 264)