“Istanbulun fəthinin 567-ci il dönümündə Ayasofiya məscidində Fəth surəsi oxunacaq, dualar ediləcək.” Bu sözləri, Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra mətbuata verdiyi açıqlamada deyib. Ölkə başçısı fəthin il dönümü ilə əlaqədar bəzi tədbirlərin keçiriləcəyini açıqlayıb.
“İstanbulun fəthinin il dönümü ilə əlaqədar çox gözəl tədbirlər keçiriləcək. Əvvəl Sancaktepedə Prof. Dr. Feriha Öz adına xəstəxananın açılışı olacaq. Axşama yaxın “Oxçular Vəqfi”nin təşkil etdiyi Fəth kuboku müsabiqəsi keçiriləcək. Sonra Ayasofiyada Fəth surəsi oxuncaq və dualar ediləcək. Millətimizin fəth sevincini bu proqramlarla birlikdə yaşayacağıq. Başda Fateh Sultan Mehmet Xan olmaqla qazilərimizi, şəhidlərimizi, qəhrəmanlarımızı hörmətlə yad edəcəyik.” – deyə Ərdoğan bildirib.