MƏSCİDİ-ƏQSA YENİDƏN İBADƏTƏ AÇILDI

0

Kovid-19 pandemiyası səbəbindən iki aydan artıq müddətdir bağlı olan Məscidi-Əqsa ötən gün sübh namazından etibarən yenidən ibadətə açılıb. Müsəlmanlar təkbirlərin və duaların müşayiəti ilə namaz qılmaq üçün qədim məbədə daxil olublar.

Qüds İslami Vəqflər Departamenti məbədin açılacağını Məscidi-Əqsanın minarələrindən elan edib.

Qeyd edək ki, kovid-19 pandemiyası ilə mübarizə tədbirləri çərçivəsində İslami Vəqflər Departamenti martın 23-də Məscidi-Əqsanın qapanmasına qərar vermişdi. Həmin vaxtdan bəri burada sadəcə məscidin əməkdaşları və mühafizəçiləri namaz qılırdılar.

Mənbə: Anadolu agentliyi

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
BÖYÜK MÜSABİQƏNİN KİÇİK QALİBLƏRİ BU GÜN MƏLUM OLACAQ

Usaqkitabi.az saytının keçirdiyi “Kitabın işığın olsun” müsabiqəsinin qalibləri bu gün – uşaqların beynəlxalq müdafiəsi günü açıqlanacaq. Sayt əməkdaşları qaliblərin adlarını,...

Bağla