Bir mömini sevindirəcək, fərəhləndirəcək nəsil; xeyirli, saleh və müttəqi nəsildir. Xeyrul-xələf oğullardır, salehati-nisvan qızlardır. Bu məqsədlə də xeyirli övlad üçün göstərəcəyimiz cəhd və səylərlə yanaşı, Rəbbimizə dua da etməliyik. Saleh övlad üçün Qurani-Kərimdən bəzi duaları oxucularımıza təqdim edirik:
“… Ey Rəbbimiz! Bizə gözümüzün aydınlığı olan zövcələr və övladlar bəxş et və bizi müttəqilərə imam et!” (Furqan-74)
“Ey Rəbbim! Mənə, mənim özümə və valideynlərimə bəxş etdiyin nemətə şükür etmək və Sənin razı qalacağın yaxşı işlər görmək üçün ilham ver, nəslimi də mənim üçün əməlisaleh et. Mən Sənə tövbə etdim. Həqiqətən, mən müsəlmanlardanam!” (Əhqaf-15)
“Ey Rəbbim! Mənə əməlisalehlərdən olan (övlad) bəxş et!” (Saffat-100)
“Ey Rəbbim! Məni də, nəslimdən olanları da namaz qılan et! Ey Rəbbimiz! Duamı qəbul elə!” (İbrahim-40)
“Ey Rəbbimiz! İkimizi də Sənə təslim olacaq, nəslimizdən də Sənə təslim olan bir ümmət et. Bizə ibadət qaydalarını göstər və bizim tövbələrimizi qəbul et! Həqiqətən, Sən tövbələri qəbul edənsən, Rəhmlisən!” (Bəqərə-128)
“Ey Rəbbim! Məni tək (kimsəsiz, varissiz) buraxma. Sən varislərin ən yaxşısısan!” (Ənbiya-89)
Mənbə: İslamveihsan.com