100 VƏKİL ŞƏRQİ TÜRKÜSTAN ÜÇÜN BMT-YƏ MÜRACİƏT EDƏCƏK

0

Türkiyə Vəkillər Kollegiyasının üzvü olan 100 vəkil, Çinin zülmlərinə məruz qalan Şərqi Türküstan üçün BMT-yə müraciət etməyə hazırlaşır. “Hüquq və Fikir Platforması” adı altında təşkilatlanan vəkillər, hazırladıqları şikayət ərizəsini bir neçə günə qədər BMT-yə göndərəcək.

“Hüquq və Fikir Platformu”nun sədri vəkil Faruq Keleştimur bu müraciətin siyasi divident vasitəsi olmadığını vurğulayıb:

“Şərqi Türküstan bizim üçün nə Transatlantik və onun əlaltıları kimi diplomatik kozr, nə də maoçu müxaliflər kimi “inkarçılıq” vasitəsidir. Türk-İslam dünyasının qanayan yarası olan Şərqi Türküstan bizim üçün Kaşğarlı Mahmud, Yusif Has Hacib, Osman Batur, İsa Yusif Alptekindir. Əcdadımızdır, soyumuzdur, tariximizdir və köklərimizdir.”

Hüquq və ədalət çərçivəsində bu mübarizəni davam etdirəcəklərini deyən Keleştimur, hazırlanan sübutları BMT-nin görməməzliyə vura bilməyəcəyini qeyd edib:

“Beynəlxalq hüquq perspektivi ilə bu problemin həlli istiqamətində bütün mexanizmləri hərəkət etdirmək istəyirik. Firovunun qarşısında olmaq kifayət etmir, Musanın da yanında olmaq lazımdır. Yəni, bir firovunun qarşısında dayanarkən, başqa firovunun ətəyinə oturmamaq lazımdır.”  

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
DAHA BİR ÖLKƏ HƏCC ZİYARƏTİNİ TƏXİRƏ SALDI

Kovid-19 pandemiyası səbəbilə qoyulan səyahət məhdudiyyətinə görə Malaziyada Həcc ibadəti yasaqlanıb. Bu barədə Malaziya dini komitəsinin sədri Zülkifl Muhamməd əl-Bəsri...

Bağla