DÜNYA HƏYATI BİR YUXUDAN İBARƏTDİR

0

Həzrəti Mövlana nə gözəl buyurmuşdur:

“Dünya həyatı bir röyadan (yuxudan) ibarətdir. Dünyada sərvət sahibi olmaq, yuxuda dəfinə tapmağa bənzəyir. Dünya malı nəsildən – nəsilə ötürülür, yenə də dünyada qalır. Əsas məsələ bu maldan düzgün istifadə edə bilmək, onu axirət sərmayəsi halına gətirə bilməkdir.”

Yenə Şeyx Sədi həzrətləri buyurur:

“Bir qərib sənin qapını döysə, onu əli boş qaytarma. Allah göstərməsin, bəlkə sən də bir gün qərib olub qapılarda dolaşarsan. Könlü yaralı olanların kefini soruş, onlara bax. Bəlkə bir gün sən də o vəziyyətə düşərsən. Sən ki, bir şey istəmək üçün heç kimin qapısına getmirsən, bunun şükrü olaraq qapına gəlmiş kimsəni qovma,  üzünü turşutma, əksinə ona təbəssüm et.”

Yenə Sədi Şirazi həzrətləri deyir:

“Bir nəfərə yaxşılıq edəndə, mən ağayam o mənə möhtacdır deyərək ürəyində bir lovğalıq yaranmasın,. Zamanın qılıncı o möhtacı vurmuşdur demə. Çünki o qılınc hələ qınına girməmişdir və ola bilsin ki, o qılınc bir gün səni də biçər.”

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
AZƏRBAYCANDA MİLLİ QURTULUŞ GÜNÜ QEYD OLUNUR

Azərbaycanda Milli Qurtuluş günü qeyd olunur. Məlumata görə, 1993-cü ilin iyununda ölkədə yaranmış mürəkkəb ictimai-siyasi durum Azərbaycanda real vətəndaş müharibəsi...

Bağla