Türkiyə Silahlı Qüvvələri (TSK) Şimali İraqda PKK terror qruplaşmasına aid mövqe, sığınacaq və mağara olmaqla 81 hədəfi “Pəncə-Qartal” adlı əməliyyatla məhv edib. Bu barədə Milli Müdafiə Nazirliyinə aid rəsmi tvitter səhifəsində məlumat yayılıb.
“Pəncə-Qartal əməliyyatı ilə ölkəmizi, millətimizi və sərhəddəki təhlükəsizliyimizi təhdid edən terrorçulara aid mövqe, sığınacaq və mağaralardan ibarət 81 hədəf məhv edilmişdir. Qırıcılarımız təhlükəsiz şəkildə hərbi bazaya qayıtmışdır.” – deyə nazirliyin səhifəsində bildirilir.
Açıqlamada həmçinin, əməliyyatlarda yerli və milli silah-sursatdan istifadə edildiyi, bu vaxt mülki əhalinin can və mal təhlükəsizliyi ilə ətraf mühitin qorunmasına maksimum diqqət edildiyi vurğulanıb.
Ani hava harekâtıyla terör yuvalarının yerle bir edildiği #PençeKartalOperasyonu’ndan ilk görüntüler. 🇹🇷 #MSB #TSK pic.twitter.com/U0yp0kgx6H
— T.C. Millî Savunma Bakanlığı (@tcsavunma) June 15, 2020