Türkiyə Sakariya vilayətinin Hendek rayonunda fişəng fabrikində insan tələfatı ilə nəticələnən partlayış baş verib.
İslamveirfan.com yerli mətbuata istinadən xəbər verir ki, dəhşətli hadisə nəticəsində 4 nəfər dünyasını dəyişib, 114 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb. Yaralılar dərhal yaxınlıqdakı xəstəxanalara çatdırılıb.
Məlumata görə, Əmək və Sosial Xidmətlər naziri Zehra Zümrüt Selçuk, müəssisədə ümumilikdə 186 nəfər işlədiyini, hazırda hadisə zamanı müəssisədə kənar şəxslərin – müştərilərin olub-olmamadığının araştırıldığını bildirib.
Ölkənin səhiyyə naziri Fahrettin Koca isə, zəhərli qaz təhlükəsinə qarşı yaxınlıqda yaşayanlara ən azı 12 saat qapı və pəncərələrini açıq qoymamağı məsləhət görüb.