ÇUKUROVANIN AYASOFİYASI İBADƏTƏ AÇILDI

0

Türkiyə Osmaniyə vilayətinin Kadirli rayonunda 96 ildir bağlı olan “Ala” məscidi ötən gün cümə namazının qılınması ilə ibadətə açılıb. İki il əvvəl məsciddə başlayan təmir-bərpa işləri artıq başa çatıb.  

Bərpa edilərkən qazıntılar vaxtı tapılan və üstün şüşə ilə örtülən mozaikaları, məscidə ibadət üçün gələn möminlər görə biləcək. Həmçinin məsciddə olan digər tarixi əsərlər məsciddəki xüsusi yerdə hər kəsə nümayiş ediləcək.  

Qeyd edək ki, Çukurovanın Ayasofiyası kimi bölgədə məşhur olan “Ala” məscidi miladi II əsrdə məbəd olaraq tikilib və Roma imperatorluğu dövründə kilsə kimi istifadə olunub. Dulkadiroğulları bəyliyi dövründə isə bina məscidə çevrilmiş və Osmanlı dövründə də bu istiqamətdə istifadə edilmişdir.

cukurova_ayasofya.jpg

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
TANZANİYADA “SULTAN ABDULHƏMİD XAN” MƏSCİDİ AÇILDI

Tanzaniyanın Zanzibar bögəsində “Sultan Abdulhəmid Xan” məscidinin açılışı olub. “Sədəqə Daşı” dərnəyi tərəfindən 160 kvadratmetrlik ərazidə tikilən məsciddə 200 mömin...

Bağla