AYASOFİYA BARƏDƏ HƏYƏCANLANDIRAN QƏRAR: “MƏSCİDDİR, MƏSCİD QALACAQ”

0

“Ayasofiya məscidinin muzeyə çevrilməsi qanunsuzdur. Ayasofiya məsciddir və məscid kimi qalacaq.” Bu sözləri Türkiyədə nəşr edilən “Sabah” qəzetinin yazarı Okan Müderrisoğlu telekanallardan birinin canlı yayımında deyib.

Yazar, Ayasofiyanın statusunun Dövlət Müşavirliyində (Danıştay) müzakirə edildiyini, bu qurumda səs çoxluğu ilə Ayasofiyanı muzeyə çevirən Nazirlər Kabineti qərarının qanunsuz olması barədə fikirlər səsləndirildiyini deyib. Ayasofiyanın məscid statusunun qorunacağını qeyd edən Müdərrisoğlu, bu qərarın yazılma mərhələsində olduğunu bildirib.  

Okan Müdərrisoğlu, Dövlət Müşavirliyi 10-cu departamentinin qüvvətli hüquqi arqumentlərlə bu problemi həll etmək istədiyini vurğulayıb. Yazar, 15 gün ərzində bu istiqamətdə qərar verilə biləcəyini də istisna etməyib.

“Mənim öyrəndiklərim bunlardır. Mən Dövlət Müşavirliyi adına, hələlik ictimaiyyətlə paylaşılmayan bir qərar barədə danışacaq mövqedə deyiləm. Mənim dediklərim, jurnalistlik fəaliyyəti nəticəsində əldə edilən kulis məlumatıdır. Bu qərarın səs çoxluğu ilə qəbul edildiyini və yazılma mərhələsində olduğunu eşitmişəm,” – deyə Müderrisoğlu bildirib.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
AMERİKADA MÜSƏLMAN QADIN TƏHQİR EDİLDİ

Amerika Birləşmiş Ştatlarında (ABŞ) müsəlman qadının aldığı kofenin üstünə onun adının əvəzinə terror qruplaşmasının adı yazılıb. Hadisə ABŞ-ın Minnesota əyalətinin...

Bağla