AYASOFİYA ÖZ FƏALİYYƏTİNİ MƏSCİD KİMİ DAVAM ETDİRƏCƏK

0

İyulun 2-də Ayasofiya üçün keçirilən məhkəmə prosesindən sonra Dövlət Müşavirliyi (Danıştay) 10-cu departamenti bu gün öz qərarını açıqlayıb. Departament, Ayasofiyanı muzeyə çevirən 24 noyabr 1934-cü il tarixli Nazirlər Kabineti qərarını ləğv edib. Bununla da Ayasofiyanın yenidən məscid statusuna qovuşmasının yolu  açılıb.

Dövlət Müşavirliyinin 10-cu Departamenti bu addımını, Ayasofiyanın Fateh Sultan Mehmet xanın mülkiyyətində olması və məscid  kimi ictimaiyyətin xidmətinə verməsi ilə əsaslandırıb.    

Xatırladaq ki, 1453-cü ildə II Məhmədin İstanbulu fəth etməsi ilə məscidə çevrilən Ayasofiya 1931-ci ildə ibadətə bağlanıb, 1934-cü ildə isə Nazirlər Kabinetinin qərarı ilə muzeyə çevrilib. Daha əvvəl həmin qərarın ləğv edilməsi üçün göstərilən bütün cəhdlər nəticəsiz qalmışdı. 

2016-cı ildə isə “Vəqflər Tarixi Əsərlərə və Ətraf Mühitə Xidmət” dərnəyi həmin qərarın ləğv edilməsi üçün yenidən məhkəməyə müraciət edib. Məhkəmə, iyulun 2-də bu müraciəti müzakirə edəcəyini və yekun qərar verəcəyini açıqlamışdı. 

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
SURİYALI GÖRMƏ MƏHDUDİYYƏTLİ UŞAQLAR HAFİZ OLDULAR

Suriyada davam edən vətəndaş müharibəsindən qaçaraq Türkiyə Qaziantep vilayətinin Nizip rayonuna pənah gətirən ailənin görmə məhdudiyyətli 3 övladı Quranı əzbərləyərək...

Bağla