DÜŞMƏN HÜCUMUNUN QARŞISI ALINIB – 3 ŞƏHİDİMİZ VAR

0

Ötən gün Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində mövqelərimizi ələ keçirmək məqsədilə artilleriya atəşindən istifadə edərək hücuma keçməyə cəhd göstərib.

Bu barədə Müdafiə Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.

Məlumatda bildirilir ki, düşmən hücumunun qarşısını alarkən döyüşdə Azərbaycan Ordusunun  hərbi qulluqçularından 2 nəfər şəhid olub, 5 nəfər isə yaralanıb.

Hərbi qulluqçular müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları çavuş Sadıqov Vüqar Lətif oğlu və baş əsgər Məmmədov Elşad Dönməz oğlu şəhid olub.

Həkimlərimizin səyinə baxmayaraq ağır yaralanan hərbi qulluqçumuz əsgər Daşdəmirov Xəyyam Məhəmməd oğlu da şəhid olub.

Müdafiə Nazirliyinin rəhbərliyi şəhid olanların ailələrinə başsağlığı verir və səbr diləyir. Allah rəhmət eləsin!

Məlumatda həmçinin bildirilir ki, görülən adekvat tədbirlər nəticəsində düşmənə zərbə endirilib və o, itki verərək geri oturdulub.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
MÜSƏLMAN ALİMLƏR ŞURASINDAN AYASOFİYAYA DƏSTƏK

“Ümumdünya Müsəlman Alimlər Şurası”nın sədri Əli Muhyiddin Qaradaği, Ayasofiyanın yenidən məscid statusuna qovuşması barədə qərarlara münasibət bildirib. Sədr sosial şəbəkədəki...

Bağla