Ötən gün Azərbaycan-Ermənistan sərhəddinin Tovuz rayonu istiqamətində 3 hərbçimizin şəhid olması və 4 əsgərimizin yaralanması ilə nəticələnən atışmadan sonra qardaş Türkiyənin sosial şəbəkə istifadəçiləri ölkəmizə dəstək nümayiş etdiriblər. İslamveirfan.com-un məlumatına görə, #SeninleyizAzerbaycan heşteqi ilə başladılan aksiyaya 35 minə yaxın sosial şəbəkə istifadəçisi dəstək verib.