Türkiyənin müdafiə sənayesi naziri İsmayıl Dəmir, Azərbaycan müdafiə nazirinin müavini, Əlahiddə Ümumqoşun Ordusunun komandanı general-polkovnik Kərəm Mustafayev və Azərbaycan müdafiə nazirinin müavini – Hərbi Hava Qüvvələrinin Komandanı, general-leytenant Ramiz Tahirov ilə görüşüb.
Bu barədə İsmail Dəmir şəxsi twitter səhifəsində məlumat yayıb:
“İki qardaş ölkənin növbəti dəfə Tək Ürək olduğunu nümayiş etdirməyimiz lazım olanbir vaxtda, müdafiə sənayesində də əməkdaşlıq mövzularını müzakirə etdik.
Müdafiə sənayemiz SİHA-larımızdan (silahlı uçan pilotsuz aparat) raketlərimizə, elektronik hərbi sistemlərimizə qədər bütün təcrübə, texnoloji və qabiliyyətləri ilə həmişə Azərbaycanın əmrindədir!
Azərbaycan ordusuna yeni sistemlər qazandırmaqla yanaşı, mövcud sistemləin modernizasiyası, baxım-bərpa və təlim fəaliyətləri mövzusunda birlikdə işləyəcəyik.” – deyənazir vurğulayıb.