TÜRKİYƏDƏ 2 HƏRBÇİ TERROR HADİSƏSİ NƏTİCƏSİNDƏ ŞƏHİD OLUB

0

Türkiyədə baş vermiş terror hadisəsi nəticəsində 2 hərbçi şəhid olub. Bu barədə Türkiyə Silahlı Qüvvələrinin (TSK) mətbuat xidməti məlumat yayıb. Məlumatda bildirilir ki, hadisə separatçı RKK terror qruplaşmasının Hakkari vilayətindəki hərbi Bazaya uzaqdan qumbaraatan ilə atəş açması nəticəsində baş verib.

“Hakkari Çukurcada 20 iyul 2020-ci il tarixdə hərbi bazamız terrorçuların qumbaraatanla atəşinə məruz qalıb. Nəticədə iki qəhraman silahdaşımız yaralanıb və çatdırıldıqları xəstəxanada bütün müdaxilələrə baxmayaraq şəhid olmuşdur. Dərhal həmin ərazidə müəyyən edilən hədəflər ATAK helikopterləri, SİHA-lar və digər silahlarla intensiv atəşə tutulmuşdur. Hadisə nəticəsində dünyasını dəyişən əziz şəhidlərimizə Allahdan rəhmət, kədərli ailələrinə, Türkiyə Silahlı Qüvvələrinə və millətimizə başsağlığı və səbr arzulayırıq.” – deyə TSK-nın məlumatında bildirilir.

Allah rəhmət eləsin!

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
İNGİLİS NAZİR UYĞUR TÜRKLƏRİNƏ DƏSTƏK VERDİ

İngilərənin xarici işlər naziri Dominik Raab, Çinin nəzarəti altında olan bölgələrdə Uyğur türklərinin vəziyyəti barədə açıqlama verib. “Məlum olur ki,...

Bağla