UZUN FASİLƏDƏN SONRA AYASOFİYADA İLK CÜMƏ NAMAZI QILINDI

0

Türkiyənin İstanbul şəhərindəki Ayasofiya məscidində bu gün cümə namazı qılınıb. 84 illik fasilədən sonra qılınan namazda Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan və digər rəsmi şəxslər iştirak edib.

Ayasofiyada ilk cümə namazını Türkiyənin Diyanət İşləri başqanı professor Əli Erbaş qıldırıb. Erbaş xütbə oxumaq üçün minbərə, İstanbulun fəthini simvolizə edən qılıncla çıxıb.

Pandemiya səbəbindən məbədin içində sosial məsafə qaydalarına uyğun olaraq 1 500 nəfər namaz qılsa da, məscidin yaxınlığında və “Sultan Əhməd” meydanında ümumilikdə 350 min nəfərin namazda iştirak etdiyi bildirilir.  

Qeyd edək ki, Osmanlı padşahı Fateh Sultan Məhməd xanın 1453-cü ildə İstanbulu fəth etməsindən sonra Ayasofiya məbədi məscidə çevrilmişdi. 1934-cü ilin noyabr ayında isə bu məscid Nazirlər Kabinetinin qərarı ilə muzeyə çevrilmişdi.

İyulun 2-də Türkiyənin Dövlət Müşavirliyi Nazirlər Kabinetinin bu qərarını ləğv etmiş, Ayasofiya yenidən məscid statusuna qovuşmuşdu.  

Bu, muzeyə çevrildikdən sonra məbəddə qılınan ilk cümə namazı idi.

Son dakika: Cumhurbaşkanı Erdoğan, Ayasofya Camii'nde

Namaz öncesi Ayasofya'da yoğun kalabalık - Gündem - AYKIRI

Ayasofya'da bugün ilk namaz kılınacak, Ayasofya çevresinde ...

Ayasofya'da ilk cuma namazı heyecanı!

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
5 VAXT NAMAZ BƏLƏDÇİSİ

Bağla