ZƏVVARLARI QORUMAQ ÜÇÜN MƏKKƏDƏ TƏDBİRLƏR GÜCLƏNDİRİLİB

0

Həcc mövsümünün başlaması ilə qlobal pandemiyaya qarşı tədbirlər çərçivəsində müqəddəs Məkkə şəhərində gücləndirilmiş iş rejiminə keçilib.

Ötən həftə Kəbənin örtüyünün yenilənməsi ilə Həcc ziyarəti üçün son hazırlıqlar başa çatdı. Bundan sonra bu il üçün bəxti gətirən zəvvarlar Məkkəyə gəlməyə başlayıb. Məkkədə zəvvarların qalacağı otellərdə onlara aid çantalar dezinfeksiya edilərək içəriyə buraxılır.

Hava limanında isə zəvvarları qarşılayan xüsusi geyimli işçilər pandemiyaya qarşı tədbirlər barədə onlara məlumat verir. Şəhərdəki yol polisləri də gücləndirilmiş iş rejiminə keçib və nəzarəti gücləndiriblər.

Bu il hacı olmaq istəyənlərə 65 yaşından kiçik olmaq və heç bir xroniki xəstəliyinin olmaması şərti qoyulub.

Tədbirlər çərçivəsində qoyulan qadağaya görə Kəbəyə və müqəddəs Qara daşa toxunmaq yasaqlanıb,  şeytan daşlamaq üçün lazım olan daşlar isə dezinfeksiya edilərək xüsusi qablaşmanın içində zəvvarlara veriləcək.

Qeyd edək ki, hər il milyonlarla zəvvarın ziyarət etdiyi Məkkədə bu il sadəcə min nəfər hacı ola biləcək. Bu hal Səudiyyə Ərəbistanı krallığının iqtisadiyyatına mənfi təsir edib.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
QURBANI NİYƏ KƏSİRİK?

Qurban bayramı İslam dininin iki əsas bayramından biridir. Bu bayram Həzrət Peyğəmbər Məkkədən Mədinəyə hicrət etdikdən iki il sonra 624-cü...

Bağla