DİN QURBAN BAYRAMI İLƏ ƏLAQƏDAR VƏTƏNDAŞLARA MÜRACİƏT EDİB

0

Daxili İşlər Nazirliyi (DİN) Qurban bayramı ilə əlaqədar vətəndaşlara müraciət edib.

Nazirlikdən verilən məlumata görə, qarşıdan gələn Qurban bayramı günlərində insanların öz xeyirxah əməllərini təhlükəsiz və sağlamlığa zərər vurmayan şəraitdə yerinə yetirməsinin vacibliyi ilə əlaqədar bildiririk ki, bu il pandemiya şəraiti nəzərə alınmaqla qurbanlıq heyvanların kəsimində və satışında əvvəlki illərdən fərqli olaraq kütləviliyə, insanların sıx toplaşmasına, müəyyən edilmiş yerlərdən kənarda satışa və kəsimə icazə verilməyəcək.  

Xüsusi karantin rejiminin tələblərinə uyğun olaraq qurbanlıq heyvanların onlayn satış yarmarkalarından alınması üçün yeni istifadəyə verilmiş satış portalına müraciət olunmalıdır (www.qurbanliq.kendden.az).

Xüsusi karantin rejimi ilə əlaqədar Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın tətbiq etdiyi bütün qaydalara riayət edilməsi bir daha vətəndaşlardan tələb olunur.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
QMİ SƏDRİ QURBAN BAYRAMI BARƏDƏ FƏTVA VERİLMƏMƏSİNƏ AYDINLIQ GƏTİRİB

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam hacı Allahşükür Paşazadə bu il Qurban bayramı barədə fətva verilməməsinə aydınlıq gətirib. O bildirib...

Bağla