Müqəddəs Qurban bayramı öncəsində, zəvvarların Minada olduğu bir vaxtda Kəbənin örtüyü (Kisvəi-Şərif) dəyişdirilib. Bütün dezinfeksiya və gigiyena qaydalarına uyğun olaraq yeni örtük asılıb və köhnə örtük yerindən çıxarılıb.
“Məscidi-Haram” dövlət komitəsinin rəsmisi Əhməd bin Muhamməd əl-Mənsuri yeni örtüyün 200 nəfər tərəfindən hazırlandığını deyib. Komitə rəsmisi örtüyün hazırlanmasında 670 kq saf ipək, 120 kq qızıl, 100 kq gümüş ipdən istifadə edildiyini qeyd edib.