BU İL 984 DİN XADİMİNƏ MADDİ DƏSTƏK GÖSTƏRİLİB

0

“Bu ilin yanvar-iyun ayları ərzində 984 nəfər din xadiminə aylıq maddi dəstək göstərilib”.

Bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehman İsmayılov deyib.

O bildirib ki, maddi dəstək göstərilən din xadimlərindən 212 nəfəri Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərir:

“Hazırda Prezident İlham Əliyevin 2 iyun 2020-ci il tarixli Sərəncamı ilə Fonda ayrılan 100 min manat vəsaitin 22 qeyri-islam dini icmaların hesabına köçürülməsi prosesi yekunlaşmaq üzrədir”.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
AZƏRBAYCANDA AVQUSTUN 21-DƏ MƏHƏRRƏM AYI BAŞLAYACAQ

Avqust ayının 21-də Azərbaycanda Məhərrəm ayı başlayacaq. Bu barədə Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Fuad Nurullayev açıqlamasında bildirib. Onun sözlərinə...

Bağla