Almaniyanın birinci futbol liqasının (Bundesliga) üzvü olan “Köln” komandasının 2020 – 2021 futbol mövsümündə geyinəcəyi formanın üstündə məscid şəkli var. İslamveirfan.com xəbər verir ki, bu barədə klubun internet səhifəsində məlumat yayılıb.
Məlumatda, komanda üzvlərinin qarşılaşmalara ənənəvi olaraq qırmızı forma ilə çıxacaqları bildirilib.
Həmçinin, qırmızı fonda çəkilmiş Köln siluetində “Rhein Energie” stadionu və “Köln kafedralı” ilə yanaşı Köln məscidinin də olduğu vurğulanıb.
Qeyd edək ki, bu, Türkiyə Diyanət işləri başqanlığına bağlı “Türk İslam Şurası”nın Kölndə tikdirdiyi məscidin siluetidir.