HZ. MUHAMMƏDİN (SAV) TƏHQİR OLUNMASINA QARŞI AKSİYA KEÇİRİLİB – ÖLƏNLƏR VAR

0

Hindistanda, müxalifətdə olan “Hindistan Milli Şurası”nın (INC) millət vəkili Srinivas Murthynin yaxın qohumu P. Naveen İslam peyğəmbəri Hz. Muhammədi (SAV) sosial şəbəkədə təhqir edib və təxribat yönümlü mesajlar yazıb. Məlumata görə, minlərlə müsəlman, millət vəkilinin evinin və yerli polis şöbəsinin ətrafını əhatə edərək etiraz aksiyası keçiriblər. Onlar millət vəkilinin qohumunun həbs edilməsini tələb ediblər.   

Aksiyalar vaxtı etrizçılar çox sayda polis avtomobilini yandırıb, polis aksiyaçılara silahla, göz yaşardıcı qazla və dəyənəklə müdaxilə edib. Baş verən hadisələr vaxtı 3 aksiyaçı polisin açdığı atəş nəticəsində ölüb, əksəriyyəti polislər olmaqla 60 nəfər yaralanıb.

Etiraz aksiyalarının intensiv olduğu bölgələrdə komendant saatı elan edilib. Hadisə ilə əlaqədar 110 nəfər polis tərəfindən saxlanılıb. İslam peyğəmbərini təhqir edən şəxsin də saxlanılanlar arasında olduğu bildirilir.

Bölgədəki müsəlman liderlər və siyasətçilər xalqı təmkinli olmağa dəvət ediblər. Minlərlə sosial şəbəkə istifadəçisi isə Hz. Muhammədə (SAV) istiqamətlənmiş təxribat yönümlü mesaja sərt reaksiya bildirib.

/Anadolu agentliyi/

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
ALMANİYADA FUTBOL KOMANDASININ FORMASINDA MƏSCİD ŞƏKLİ VAR

Almaniyanın birinci futbol liqasının (Bundesliga) üzvü olan “Köln” komandasının 2020 – 2021 futbol mövsümündə geyinəcəyi formanın üstündə məscid şəkli var....

Bağla