Emosional Zəkanı Gücləndirmənin 7 Yolu

0

Emosyanal (Emotional quotient) zəka insanların şəxsi və iş həyatlarında uğurlu olmaları baxımından intellektual zəkadan (intelligence quotient) daha çox təsirlidir. Emosyanal zəka ilə insanların ortaq duyğuları, ünsiyyət bacarıqları, insanlıq anlayışları, etika və estetika kimi qabiliyyətləri müəyyən edilir.

Emosyanal zəkası (EQ) yüksək olan insanlar iş mühitində başqa insanlarla daha yaxşı ünsiyyət qurduqları və idarəçilik bacarıqlarına sahib olduqları üçün çox vaxt uğurlu nəticələr əldə edirlər. Emosyanal zəka gündəlik həyatda  insanların iş yoldaşları və ailə üzvləri ilə münasibətlərini yaxşı mənada tənzimlədiyi üçün istər onların şəxsi həyatlarında, istərsə də ətrafdakı insanlarla əlaqəli problemlərin həllində katalizator rolunu oynayır. Emosyanal zəkaya sahib olan insanlar digər insanları olduğu kimi qəbul etdikləri, onları dinləyib anladıqları üçün sevilir və onların dostluq münasibətləri daha güclü olur.

Müntəzəm və sistemli bir çalışma ilə emosyanal zəka öyrənilə və inkişaf etdirilə bilər. Gündəlik həyatda və iş mühitində emosyanal zəkanı inkişaf etdirmək üçün 7 qızıl qaydaya riayət etmək lazımdır. 1. Özünüzü tanıyın: Kim olduğunuzu öyrənin. Emosyanal zəkanın əsas şərtlərindən biri özünüzü tanımağınızdır. 2. Emosyalarınıza nəzarət etməyi öyrənin. Emosyalarınızdan və ya digər insanların emosyalarından nə qədər az qorxsanız emosyanal vəziyyətlərin öhdəsindən bir o qədər daha rahat gələ bilərsiniz. Duyğu dünyanızı daha yaxşı öyrənib tanıyın, çünki bunlar sizin həyatınızın ayrılmaz parçasıdır. Özünüzə tez-tez “Özümü necə hiss edirəm və bu duyğunu bədənimin ən çox harasında hiss edirəm? Belə hiss etməyimə səbəb olan nədir? Bunun öhdəsindən necə gələ bilərəm?” şəklində suallar soruşun. 3. Şəxsi xüsusiyyətləriniz başqalarından gizlətməyin. Çünki, hər birimiz fərqliyik. Fərqli olmaq isə digərlərindən daha yaxşı, ya da daha pis olmaq deyildir. Onların dünyaya baxış bucaqlarının sizinkindən fərqli olduğunu nə qədər tez anlasanız, onları da o qədər tez tanıyarsınız.  Bu da sizin emosyanal zəkanızın inkişaf etməsi deməkdir. 4. Ünsiyyət qurma bacarığınızı inkişaf etdirin: Özünüzü ifadə etmə metodlarınızı inkişaf etdirin. Söz xəzinənizi zənginləşdirin. Yeni kəlimələr öyrənin, xüsusilə də duyğu və düşüncə ifadə edən kəlimələri. Özünüzü çox tərəfli ifadə edə bilmə cəsarətiniz olsun. Bəzən hal və hərəkətləriniz kəlimələrinizdən daha çox məna ifadə edir. Məslən, xoş bir təbəssüm belə qarşınızdakı insana təsəlli verə bilər. 5. Problemi həll edən olun: Mümkün qədər müxtəlif hadisələr və problemlər üzərində düşünün və bunların həll yollarını tapmağa çalışın. Əgər problemlərdən qorxub geri durmaz və onları bir fürsət, özünüzü sübut etmə imkanı olaraq görsəniz həmin problemi həll etməməyiniz üçün səbəbinin qalmaz. 6. Tənqidlərə qarşı dözümlü olun: Emosyanal zəkada tənqid edə bilmək və tənqidə dözümlü olmaq da çok önəmlidir. Edilən tənqiddən narahat olmayın. Siz bu tənqidlər nəticəsində özünüzdəki müsbət və mənfi yönləri öyrənmə imkanı əldə edəcəksiniz. 7. İnsanlarla maraqlanın: Yeni insanlarla tanış olub onların mədəniyyətini öyərnin. Müxətlif insan psixologiyaları haqqında məlumatlar əldə edin. İnsanlara istiqamət verən yolları və onların həyat hekayələrini oxuyun. Özünüzü və digər insanları kəşf edin.

 

Dr. Eldar Kərimov

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
YENİ ZELANDİYADA 51 MÜSƏLMANIN QATİLİ OLAN TERRORÇUYA HÖKM OXUNDU

15 mart 2019-cu il tarixdə Yeni Zelandiyanın Kraystçerç şəhərindəki iki məsciddə terror aktı törədən avstraliyalı Brenton Harrison Tarrant vaxtından əvvəl...

Bağla