ALLAHŞÜKÜR PAŞAZADƏ NOBEL SÜLH MÜKAFATINA NAMİZƏD KİMİ TƏSDİQLƏNİB

0

Bu il Azərbaycandan Nobel Sülh Mükafatına namizəd Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Allahşükür Paşazadə göstərilib.

Bunu APA-ya açıqlamasında Beynəlxalq Nobel İnformasiya Mərkəzinin vitse-prezidenti, elmlər doktoru Bəybala Ələsgərov bildirib.

Onun sözlərinə görə, Allahşükür Paşazadə Nobel Sülh mükafatına ekspert qrupu tərəfindən namizəd kimi  təsdiqlənib:

“Dekabrın 10-dan fevralın 1-dək sənəd qəbulu olur. Namizədlər Nobel Sülh Mükafatının ekspert qrupuna göndərilir. Sentyabrın sonu, oktyabrın əvvəlində nəticələr elan olunur. Dekabrın 10-da isə təqdimat mərasimi olur.

Şeyxülislam Allahşükür Paşazadənin namizədliyi artıq ikinci dəfə verilir. Namizədlərlə bağlı da gizli səsvermə gedəcək və sentyabrın sonu, oktyabrın əvvəlində nəticələr bəlli olacaq”.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
MÜQƏDDƏS KƏBƏ GÜL SUYU VƏ ZƏMZƏMLƏ YUYULDU – VİDEO

Müsəlmanların qibləgahı olan müqədəs Kəbəi-Şərif Həc mövsümü və Qurban bayramı sonrası ənənəvi olaraq gül suyu və udi yağı qarışdırılmış zəmzəm...

Bağla