XRİSTİAN ŞURASI QURANIN YANDIRILMASINA ETİRAZ EDİB

0

Danimarkalı irqçi “İstiqamət” partiyası üzvlərinin İsveçin Malmö və Stokholm şəhərlərində Qurani-Kərimi yandırmasına etirazlar davam edir.

Növbəti etirazı isə “İsveç Xristian Şurası”nın üzvləri bildirib. Aralarında İsveç protestan kilsəsinin baş yepiskopu Antye Yeskelenin olduğu 10 xristian din xadimi, Quranın yandırılması təxribatına qarşı bəyanat yayıb.   

Xristian din xadimləri yaydıqları bəyanatda, müsəlmanlara qarşı güclü simpatiya hiss etdiklərini vurğulayıblar.

“Müqəddəs kitabı yandırmaq, bir vəhşilik nümayişidir. İnsanların inanclarına qarşı qəsdən nümayiş edilən hörmətsizliyi şiddətlə pisləyirik. Həssaslıqlar nəzərə alınaraq və insan hüquqları ətrafında toplanaraq müştərək inteqrasiya işlərinin aparılması labüd olan bu dövrdə, belə hücumlar cəmiyyətdə təzadlıqları çoxaldır. Bir daha vurğulayırıq ki, ölkəmizdə yaşayan müsəlmanlara qarşı güclü simpatiya hiss edirik.” – deyə bəyanatda bildirilir.

Xatırladaq ki, bir müddət əvvəl danimarkalı irqçi “İstiqamət” partiyasının bir qrup üzvü İsveçin Malmö və Stokholm şəhərlərində Qurani-Kərimi yandıraraq müsəlmanları təxribata çəkməyə cəhd etmişdilər.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
İSLAMDA NƏRD OYNAMAĞIN HÖKMÜ

Nərd dünyanın bir çox ölkəsində olduğu kimi ölkəmizdə də bəzi insanlar tərəfindən oynanan bir oyundur. Nərd oyunu çox qədim tarixə...

Bağla