TÜRKİYƏNİN İKİ HƏRBÇİSİ ŞƏHİD OLDU

0

Türkiyə Silahlı Qüvvələrinin (TSK) iki hərbçisi, separatçı terror qruplaşmasının hücumu nəticəsində şəhid olublar.

Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin mətbuat mərkəzi məlumat yayıb. Məlumatda, həmin hücum nəticəsində bir əsgərin də yaralandığı, yaralının dərhal xəstəxanaya çatdırıldığı bildirilir:

“Sentyabrın 17-də “Pəncə-Qaplan” əməliyyatının keçirildiyi bölgədəki hərbi hissəmizi separatçı terror qruplaşmasının üzvləri qumbaraatanla atəşə tutub. Nəticədə iki qəhrəman əsgərimiz şəhid olub, bir silahdaşımız isə yaralanmışdır.

Bizi kədərə qərq edən bu hadisədə dünyasını dəyişən şəhidlərimizə Allahdan rəhmət, ailələrinə və Türk xalqına səbr, yaralı hərbçimizə isə şəfa arzulayırıq.” – deyə məlumatda bildirilir.    

Allah rəhmət eləsin.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
XEYİRLİ AİLƏ BAŞÇISI NECƏ OLMALIDIR?

Həyatdakı rahatlığımızın və xoşbəxtliyimizin əsaslarından biri də ömrümüzü içərisində keçirdiyimiz evimizdir. Ortaq həyatı paylaşaraq bölüşdüyümüz ailə fərdlərimizdir. Ümumi mənada ailənin...

Bağla