ÜMRƏ ZİYARƏTİ MƏRHƏLƏLİ OLARAQ BƏRPA EDİLƏCƏK

0

Qlobal pandemiya səbəbindən 6 aya yaxındır dayandırılan Ümrə ziyarəti mərhələli olaraq bərpa ediləcək. Bu barədə Səudiyyə Ərəbistanı Krallığının Daxili İşlər Nazirliyi məlumat yayıb.

Məlumatda bildirilir ki, Ümrə ziyarəti üçün ilkin olaraq Krallıq ərazisində yaşayan zəvvarlara izn veriləcək. Bu vaxt zəvvarların pandemiyanın şərtlərinə riayət etmələri tələb edilməkdədir. Belə ki, Ümrə etmək istəyən zəvvarlardan  lazım olan icazə sənədləri ilə birlikdə kovid-19 virusunun daşıyıcısı olamadıqlarına dair arayış tələb olunur.

Qarşıdakı günlərdə Səudiyyə Ərəbistanı Həcc və Ümrə Nazirliyinin bu barədə ətraflı məlumat verməsi gözlənməkdədir.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
HƏBSXANADA QURANI ƏZBƏRLƏYƏRƏK HAFİZ OLDU

Türkiyənin Muş vilayətindəki həbsxanada məhkum olan Əfqanıstan əslli Tariq Hakimi, müqəddəs Qurani-Kərimi başdan-sona əzbərləyərək hafiz olub. Məlumata görə, 33 yaşlı...

Bağla