ÜMRƏ ZİYARƏTİNİN BAŞLAYACAĞI TARİX AÇIQLANDI

0

Qlobal pandemiya səbəbindən 6 aydır dayandırılan Ümrə ziyarətinin başlayacağı tarix açıqlandı.

Səudiyyə Ərəbistanı rəsmi xəbər agentliyinin Daxili İşlər Nazirliyindəki mənbəyə istinadən verdiyi məlumata görə, Ümrə ziyarətləri oktyabrın 4-dən mərhələli olaraq başladılacaq. Bu tarixdən etibarən Məscidi-Haramın 30%-i (gündə 6 min nəfər) ibadətə açılacaq.

Oktyabrın 18-dən sonra Məscidi-Haram və Məscidi-Nəbəvinin 75%-i ibadətə açılacaq və bu yerlərə ilkin olaraq ölkə daxilindən zəvvar qəbul ediləcək.   

Noyabr ayının əvvəlindən isə ölkə daxili ilə yanaşı, ölkə xaricindən də zəvvar qəbul ediləcəyini bildirən mənbə, kovid-19 virusuna qarşı bütün tədbirlər alınaraq Məscidi-Haramın və Məscidi-Nəbəvinin tam həcmdə ibadətə açılacağını bildirib.

Mənbə həmçinin, kovid-19 riski olmayan ölkələrdən mərhələli olaraq zəvvar qəbul ediləcəyini də deyib.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
ÜNSİYYƏTÇİL VƏ QEYRİ-ÜNSİYYƏTÇİL İNSANLAR

İnsanlar sosiallıq baxımından bir-birindən fərqlənirlər. Bəziləri başqalarıyla tez ünsiyyət qura bilərkən bəziləri isə insanlarla öz aralarında məsafə qoymağı ön planda...

Bağla