Gəncliyə Yardım Fondu Şəhid və Qazi Ailələrinə Sosial-Humanitar Yardıma Başladı

0

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə Gəncliyə Yardım Fondunun həyata keçirdiyi “Pandemiya dövründə xüsusi risk qrupuna daxil olan şəhid və qazi ailələrinə sosial-humanitar yardımın göstərilməsi” layihəsinin icrasına başlanılmışdır.l

 Layihə çərçivəsində Bakı, Abşeron və Sumqayıt şəhərlərində yaşayan 130 şəhid və qazi ailəsinə sosial-humanitar yardım göstəriləcəkdir.  Belə ki, hər bir şəhid və qazi ailəsinə içərisində layihə haqqında ümumi məlumat, koronavirusla mübarizə yollarını ətraflı izah edən buklet və OBA mağazalar şəbəkəsindən ailış-veriş edilməsi üçün  34 manatlıq alış-veriş kponu olan zərflər göndərilir. Poçt vasitəsi ilə bu zərfi alan hər bir şəhid və qazi ailəsi yaxınlıqdakı OBA mağazalarına yaxınlaşaraq spirtli içkilər və tütün məhsulları istisna olmaqla öz alış-verişlərini edə biləcəklər.

Qeyd edək ki, Gəncliyə Yardım Fondu COVID-19 pandemiyası səbəbilə dövlətimizdə yaranan karantin günlərində vaxt aşırı olaraq 65 yaş üzərində olan ehtiyac sahibi ailələrin ünvanlarını ziyarət etmiş və onları zəruri qida ehtiyacları ilə təmin etmişdir. Bundan başqa Gəncliyə Yardım Fondu özünün nizamnaməsinə uyğun olaraq yarandığı gündən həyata keçirdiyi xeyirxahlıq missiyasını bu həssas və taleyüklü günlərdə də davam etdirir, sosial müdafiəyə ehtiyacı olan şəxslərin, aztəminatlı ailələrin və tənhaların problemlərinin həlli üçün əlindən gələni edir.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
TÜRKİYƏ ERMƏNİSTANA ULTİMATUM VERDİ

Türkyənin hakim Ədalətvə İnkişaf Partiyasının (AKP) məruzəçisi Ömər Çelik gündəmə aid bəzi haisələri şərh edib. Xüsusilə son günlər Ermənistan silahlı...

Bağla