Almaniyanın Munster şəhərinin inzibati məhkəməsi, məsciddən səsgücləndirici ilə azan oxunmasının “dini azadlıq” olması barədə qərar verib.
Qeyd edək ki, Almaniya Şimali Ren Vestifaliya əyalətinin Er-Erkenşvik qəsəbəsində bir ər-arvad, azanın səsgücləndirici ilə oxunmasından narahat olduqlarını bildirərək məscidi məhkəməyə vermişdilər. Munster Ali İnzibati məhkəməsi isə şikayətçi cütlüyün haqsız olduğunu bildirərək, səsgücləndirici ilə azan oxunmasının dini azadlıq olduğuna qərar vermişdi.
Məhkəmənin bu qərarının Er-Erkenşevikdəki bütün məscidlərə aid ediləcəyi bildirilir.