İRANDA ƏRBƏİN MƏRASİMLƏRİ LƏĞV EDILDİ

0

İranda cari il oktyabrın 8-nə təsadüf edən Ərbəin günü (Aşura mərasimindən qırx gün sonra) keçirilən ənənəvi matəm tədbirləri ləğv olunur.

Bu barədə prezident Həsən Ruhani dövlət televiziyasında canlı yayımlanan çıxışı zamanı məlumat verib.

“Bu il heç bir yürüşün keçirilməyəcəyi, habelə İraq hökumətinin zəvvar qəbul edə bilməməsi nəzərə alınmaqla bu ölkəyə ziyarətlərin də olmayacağı qərarlaşdırılıb. İran ali liderinin nümayəndələri dini mərasimlərin evdə keçirilməsinə dair tapşırıq veriblər”, – o deyib.

Xatırladaq ki, Ərbəin günü, adətən, Nəcəf və Kərbəla ziyarətgahlarına kütləvi ziyarətlər həyata keçirilir. Ötən il bununla bağlı İrandan İraqa rekord sayda – 3,5 milyon ziyarətçi getmişdi.

Qeyd edək ki, İranda koeronavirusa yoluxanların sayı 439 882 nəfər, ölənlərin sayı isə 25 222 nəfərdir.

Report

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
QURAN ƏXLAQI NƏDİR?

Bəzi filosoflar əxlaqın mənbəyinin insan təbiəti, bəziləri ağıl, bəziləri də din olduğunu söyləmişlər. Ümumbəşər əxlaq prinsiplərinin böyük bir hissəsi Quranda...

Bağla