MÜTƏQİLLİK TƏRƏFDARI MÜSƏLMAN VƏKİLƏ SUİ-QƏSD EDİLDİ

0

Hindistanın nəzarətində olan Kammu Keşmirdə müstəqillik tərəfdarı olan müsəlman vəkil Babar Qədri məruz qaldığı sui-qəsd nəticəsində dünyasını dəyişib.

Yerli hüquq-mühafizə orqanlarının verdiyi məlumata görə, ötən axşam müştəri kimi Qədrinin evinə gələn iki naməlum şəxs ona odlu silahdan atəş açaraq hadisə yerindən qaçıblar.

Qohumları onu xəstəxanaya çatdırmağa çalışsalar da, Babar Qədri yolda dünyasını dəyişib.

Babar Qədri Hindistan telekanallarında iştirak etdiyi debatlarda, Kammu Keşmirin öz müqəddəratını təyin hüququnu hər zaman müdafiə edirdi.

Bu yaxınlarda iştirak etdiyi bir proqramda isə aparıcının, “Lənətə gəlmiş Pakistan” – sözünə qarşılıq, “Lənətə gəlmiş Hindistan” – demişdi.

Analitiklər, sui-qəsdin arxasında Hindistan hökumətinin olacağını istisna etmirlər.

Allah rəhmət eləsin!

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
İRANDA ƏRBƏİN MƏRASİMLƏRİ LƏĞV EDILDİ

İranda cari il oktyabrın 8-nə təsadüf edən Ərbəin günü (Aşura mərasimindən qırx gün sonra) keçirilən ənənəvi matəm tədbirləri ləğv olunur....

Bağla