“Ermənistan tərəfinin Azərbaycan ordusu ilə bağlı yaydığı məlumatların heç bir əsası yoxdur və reallığı əks etdirmir”.
Oxu.Az-ın müxbiri xəbər verir ki, bunu Müdafiə Nazirliyinin mətbuat katibi, polkovnik-leytenant Anar Eyvazov deyib.
O qeyd edib ki, artıq Talış kəndi ətrafında bir neçə strateji yüksəklik işğalçı qüvvələrdən təmizlənib:
O qeyd edib ki, bu gün Müdafiə Nazirliyi tərəfindən Azərbaycan Respublikasında akkreditə olunmuş xarici hərbi attaşelərə və beynəlxalq təşkilatların ölkəmizdəki nümayəndələrinə Ermənistanın Azərbaycana qarşı təcavüzü, cəbhə xəttində yaranmış vəziyyət, qoşunlarımızın əks-tədbirləri və yaranmış əməliyyat şəraiti haqqında məlumat verilib.