Türkiyənin paytaxtı Ankara şəhərinin rəmzlərindən biri olan “Atakule”də (Ata qüllə) Azərbaycanın dövlət bayrağı əks olunub.
Bu, sentyabrın 27-də cəbhəyanı ərazilərdə təxribat törədən Ermənistan ordusuna layiqli cavabı verən Azərbaycana, qardaş Türkiyənin növbəti dəstəyidir.
Qüllənin üst tərəfi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb, buradakı ekrana, “İki Dövlət Tək Millət, Can Azərbaycan” – mesajı yazılıb.
Qüllənin alt mərtəbəsindəki Alış-veriş mərkəzində olan böyük led ekranda isə Azərbaycanın və Türkiyənin bayraqları qoşa dalğalandırılıb.